EN

Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə vəziyyət nə yerdədir? FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 20 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 9 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 5-də isə müvafiq tədbirlər görülməkdədir.

Həmin müəssisələrlə linkdə tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
4
unikal.az

10Sources