Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən bu ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 78 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Həmin müəssisələrdən 8-i tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 2-də isə müvafiq tədbirlər görülməkdədir.
Həmin müəssisələrlə linkdə tanış ola bilərsiniz.