Bakı. Trend:
Ölkəmizdə təqribən 1,4 milyon hektar suvarma sahəsi mövcuddur.2023-cü il üzrə suvarılan sahələrin 4%-i, bu günə isə təxminən11%-i müasir suvarma ilə təmin olunub.
Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziriMəcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su TəsərrüfatıSərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi)ikinci gününün açılış mərasimində deyib.
O vurğulayıb ki, Azərbaycanın su ehtiyatlarının 70%-dən çoxuölkədən xaricdə formalaşır: "Beynəlxalq Təbii Ehtiyatlarİnstitutunun 2040-cı il üçün hazırladığı hesabatda quraqlıqdanəziyyət çəkəcək 33 ölkə siyahısında Azərbaycan 18-ci yerdəqərarlaşıb. Bu şərtlər içərisində biz siyasətimizi formalaşdırmağaçalışırıq. Eyni zamanda bu gün nə kimi dəyişiklik edə biləcəyimizimüəyyənlədiririk ki, 5-10 və daha uzun illər sonra çox ciddi suqıtlığı ilə üzləşməyək.
Ölkəmizdə təqribən 1,4 milyon hektar suvarma sahəsi mövcuddur.2023-cü il üzrə suvarılan sahələrin 4%-i, bu günə isə təxminən11%-i müasir suvarma ilə təmin olunub. Hesab edirəm ki, bugöstərici çox aşağıdır. Ona görə də biz bu istiqamətdə daha çoxtəşviqlər irəli sürməliyik, fermerləri daha çox maraqlandırmalıyıq.Maddi baxımdan dövlət fermerlərə yetərincə subsidiya dəstəyiverir".
Nazir bildirib ki, son 6 ildə Azərbaycanda müasir suvarmasistemləri üzrə təxminən 40 min hektardan artıq sahə təmin edilib:"Sadəcə bu ilin 6 ayı ərzində isə Aqrar Kredit və İnkişaf Agentliyitərəfindən 2 min hektardan artıq sahənin müasir suvarma altınagətirilməsi maliyyələşdirilib.
Fermerlər üçün bizim dövlət olaraq göstərdiyimiz dəstək, anamexanizm müasir suvarmanı və kənd təsərrüfatı mexanizmlərinin,qurğularının, avadanlıqlarının subsidiyalaşdırılması vəmaliyyələşdirilməsidir. Bu gün çox əminliklə deyə bilərəm ki,dünyada bunun alternativi, demək olar ki, yoxdur".