EN

Nazir: 72 mindən çox müəllimin maaşı artacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Növbəti ildə tarix, texnologiya, təsviri incəsənət, bir sözlə, bütün fənlər üzrə sertifikasiya imtahanının birinci mərhələsi olacaq.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma prosesi yekunlaşıb.

"Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr ediləcək", - nazir əlavə edib.

Chosen
19
4
teleqraf.com

5Sources