EN

“Lisey və gimnaziyalara qəbul iki dəfəyə qədər ARTIB – Emin Əmrullayev

Son 4 ildə lisey və gimnaziyalara qəbul iki dəfəyə qədər artıb. Gələcəkdə lisey və gimnaziyaların sayının 100-ə çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, lisey və gimnaziyalarda təhsil alan şagirdlərin nəticələri yüksəkdir:

"İstər Bakıda, istərsə bölgələrdə fəaliyyət göstərən riyaziyyat, fizika təmayüllü liseylərin məzunlarının nəticələri olduqca yüksəkdir. Bəzən elə olur ki, liseylərdən bütün sinif dünyanın tanınmış üniversitetlərinə qəbul olurlar".

Günay Şahmar, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media

Chosen
13
1
bizim.media

2Sources