EN

Xanımı vəfat etdi, ehsan əvəzinə yola asfalt çəkdirdi — VİDEO

Həyat yoldaşı vəfat edən şəxs ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.

Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir nümunəvi hal Abşeron rayonunun Fatmayı kəndində baş verib.

Kənd sakini 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş xanımı Firəngiz Allahverdiyeva üçün təmtəraqlı ehsan verməkdənsə, yol çəkdirməyi seçib. Ailənin 4 qız övladı da ataları ilə birlikdə bu təşəbbüsə dəstək verib. Onların sözlərinə görə, əsas məqsəd həm doğmalarının ruhuna dua etmək, həm də kənd əhalisinə gündəlik həyatda fayda verən bir xeyir işi gerçəkləşdirmək olub.

Allahverdiyevlər ailəsinin bu addımı kənd sakinləri tərəfindən mərhumun xatirəsinə ehtiram və cəmiyyət üçün faydalı bir iş kimi dəyərləndirilib. Kənd sakinləri qeyd ediblər ki, bu cür nümunəvi addımlar birliyə, xeyirxahlığa çağırışdır.

Qeyd edək ki, Fatmayı kəndində artıq 3 ildir ənənəvi ehsan mərasimləri ləğv olunub.

Daha ətraflı süjetdə:

Chosen
5
4
demokrat.az

5Sources