EN

"Əsas problemimiz odur ki, oxuduğumuzu anlamırıq" - Emin Əmrullayev

"Sertifikatlaşmanın əsas nəticəsi odur ki, 90% müəllimin əməkhaqqısı artırılıb".

"Unikal" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, məktəbdəki müəllim keyfiyyəti sertifikasiya ilə kifayət qədər artır.

"Bizim birinci mərhələ suallarımızda çalışırıq ki, humanist olaq. Müəllimlər çətinlik çəkməsin. Növbəti mərhələdə biz daha çox oxuyub anlamağa yönələcəyik. Bizim əsas problemimiz odur ki, oxuduğumuzu anlamırıq. Məhz ibtidai təhsildə oxuyub anlamanı gücləndirmək olduqca vacibdir", - deyə o qeyd edib.

Chosen
14
5
unikal.az

7Sources