EN

Polşa Belarusla sərhədini bağlayır - SƏBƏB

Polşa Belarusla sərhədini tamamilə bağlayır. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyan edib.

Departament qeyd edib ki, bu, Rusiya və Belarus arasında sentyabrın 12-dən 16-dək keçiriləcək “Zapad-2025” birgə hərbi təlimləri ilə bağlıdır.

"Belarusla sərhəd həm də Şengen zonasının sərhədi olduğu üçün bu qərar təhlükəsizlik məqsədilə qəbul edilib", - XİN-in bəyanatında deyilir.

Polşa sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədini tamamilə bağlayacaq.

Polşa rəsmiləri həmçinin Ukrayna və Belarusla sərhədlərdə uçuş məhdudiyyətlərinin dekabrın 9-dan qüvvəyə minəcəyini açıqlayıb.

Ağarza Elçinoğlu 

Chosen
7
unikal.az

1Sources