EN

"Qarabağ" dünya reytinqində 38 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, 506 klubun yer aldığı siyahıda Azərbaycanın 4 klubu var.

Ən yaxşı göstəriciyə malik təmsilçimiz "Qarabağ"dır. Qurban Qurbanovun komandası 154,75 xalla 96-cıdır. "Qarabağ" əvvəlki cədvəllə müqayisədə 38 pillə irəliləyib.

"Sabah" 79,25 xalla 264-cü pillədən 302-yə enib. "Araz-Naxçıvan" 70,25 xalla 363-cü yerdən 355-ci yerə yüksəlib. "Zirə" isə 68 xalla 274-cü pillədən 380-ci yerə enib.

Chosen
22
3
publika.az

4Sources