EN

“Sabah”ın məşqçilər korpusunda ayrılıq yaşanıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 11 sentyabr, AZƏRTAC

“Sabah” futbol klubunun məşqçilər korpusunda ayrılıq yaşanıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verdiyi məlumata görə, qapıçılar üzrə məşqçi Aleksey Antonyuk postunu tərk edib.

Rusiyalı çalışdırıcı həmyerlisi Vasili Berezutskinin dəvəti ilə ötən ilin dekabrında “tələbələr”ə qoşulmuşdu. Berezutski vəzifəsindən ayrılsa da, o, Azərbaycandakı işini davam etdirirdi.

41 yaşlı mütəxəssis bundan sonra ölkəsinin “Soçi” komandasında işləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
6
azertag.az

7Sources