EN

Köçün yeni ünvanı: Xocalının Şuşakənd, Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Şuşakənd və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı Bazar qəsəbəsinə 10 ailə - 39 nəfər, Sos kəndinə isə 10 ailə - 45 nəfər köçürülüb. 

XQ-yə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə. doğmayurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 

Müşfiq MirzəXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
22
xalqqazeti.az

10Sources