"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq:
"Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır".
Nazir bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər:
"Amma "Formula 1" Gəncədə keçirilmir. Ona görə də Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq".
Qeyd edək ki, "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək. (Report)