Formula 1 Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu, hər il qəbul edilən qərardır: “Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır. Formula 1 Gəncədə keçirilmədiyi üçün dərslərin onlayn olması Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər. Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq”.
MənbəQAFQAZİNFO