EN

Türkiyənin paytaxtında zəlzələ olub

Türkiyənin paytaxtı Ankaranın Kalecik rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Təxminən 11 kilometr dərinlikdə baş verən zəlzələ Bakı vaxtı ilə saat 09:24-də qeydə alınıb.

Zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

Chosen
23
3
moderator.az

4Sources