EN

Emin Əmrullayev: 2025-2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir

Bakı, 11 sentyabr, AZƏRTAC

2025-2026-cı tədris ilində 130 mindən çox şagird 1-ci sinifdə təhsil alacaq.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, 2025-2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. İbtidai təhsil 552 min, ümumi orta 796 min, tam orta təhsil 246 min nəfəri əhatə edəcək.

 

Chosen
7
5
azertag.az

8Sources