EN

Mer Qriqoryan Zəngilana gəlib?

Keçən həftə Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin nümayəndə heyətləri iki ölkənin sərhədə yaxın ərazilərində – Ermənistanın Syunik vilayəti və Azərbaycanın Zəngilan rayonunun cənub hissəsində görüş keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.

Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının – Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Regional İnkişaf Nazirliyinin nümayəndələri daxil olub.

Baş nazir müavininin ofisi qeyd edib ki, komissiyaların növbəti görüşünün vaxtı, yeri və gündəliyi hələ müzakirə mərhələsindədir.

Chosen
60
operativmedia.az

1Sources