Müəllim məktəbdə şou-bizneslə məşğul ola bilməz.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, müəllimlərin məktəbdə əsas vəzifəsi təhsil verməkdir və onlar şou-biznes və digər əlavə fəaliyyətlərlə məşğul ola bilməzlər.
Nazir qeyd edib ki, müəllimlər yalnız məktəbdə dərs keçmək və pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar, çöldə isə dərs keçmək mümkün deyil.
Aqil Qarayev