"Fənərbaxça"nın sabiq futbolçusu Hasan Ali Kaldırımın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyə I Liqasında davam etdirəcək.
Sol cinah müdafiəçisi "Amedspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan Hasan son olaraq "Kayserispor"da çıxış edib.
“Qalatasaray”ın futbolçusu “Göztepe”nin hədəfində
Onana “Trabzonspor”la anlaşdı
Stiv Mandanda karyerasını başa vurub
Fabianski yenidən “Vest Hem”də
“Ankaragücü”də yeni baş məşqçi