EN

Maqomayev dedi ki, 60 yaşından sonra səni saymayacaqlar Puqaçova

ain.az bildirir, Axsham.az portalına istinadən.

Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova bu müddət ərzində ilk böyük müsahibəsini jurnalist Katerina Qordeyevaya verib.

Axşam.az xəbər verir ki, üç saat yarımdan çox davam edən reportajda sənətçi mərhum Xalq artisti, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevdən də söhbət açıb.

Puqaçova getdikdən sonra həmkarlarının, bəzi siyasətçilərin və ictimai xadimlərin onu sərt tənqid etmələrinə münasibət bildirib. Puqaçova bu əsnada Maqomayevin ona səhnədən vaxtında getməyin vacibliyi barədə verdiyi xəbərdarlığı xatırlayıb:

"Bu qədər təhqirlərdən şoka düşdüm. O qədər sarsıldım ki... Amma təəccüblənmədim. Bilirdim ki, belə olacaq. Gənc olanda və bu sənətə yeni başlayanda məni çox ağıllı və istedadlı insanlar əhatə edirdi. Lidiya Ruslanova, Müslüm Maqomayev, Klavdiya İvanovna Şuljenko kimi insanlar. Hamısı çox təvazökar yaşayırdılar. Müslüm Maqomayev həmişə deyirdi: "60-da səhnədən get". Soruşdum ki, "Niyə 61-də yox". O, da cavab verdi ki, “And içirəm, 60-dan sonra dəhşət başlayacaq, səni aşağılayıb, saymayacaqlar”.

Puqaçova müsahibəsində Tümendə olarkən həyatında mühüm rol oynayan sözügedən vilayətin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloq Fərman Salmanovdan da söz açıb:

"Tümen mənim üçün müqəddəs şəhərdir. Mən orada heyrətamiz insanlarla tanış oldum - Raul–Yuri Ervier, Fərman Salmanov... Mənə o qədər inanırdılar, oxumağımı çox bəyənirdilər. Tanrım, mənim haqqımda necə danışırdılar, nəsə olacağı təqdirdə mənə hər zaman köməklik göstərəcəklərini deyirdilər".

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Alla Puqaçova əri Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda ailə İsrail pasportlarına və Kipr vətəndaşlığına malik olmaqla dünyanı aktiv şəkildə gəzir. 

Bir müddət əvvəl Puqaçovanın Rusiya vətəndaşlığından imtina etdiyi iddia olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
5
axsam.az

8Sources