AZ

Maqomayev xəbərdar etmişdi: Səni siləcəklər Puqaçova

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyalı müğənni Alla Puqaçova əfsanəvi musiqiçi Müslüm Maqomayevin onun həyatında mühüm rol oynadığını bildirib.

Axar.az “1 nyus”a istinadla xəbər verir ki, Puqaçova bu barədə rusiyalı jurnalist Yekaterina Qordeyevaya müsahibəsində deyib.

O, Maqomayevin səhnədən və ictimai həyatdan vaxtında getməyin vacibliyi barədə onu xəbərdar etdiyini vurğulayıb:

“Təhqirlərin çoxluğundan şoka düşdüm, amma təəccüblənmədim. Belə olacağını bilirdim. Mən gənc olanda və yeni başlayanda çox ağıllı və istedadlı insanlarla əhatə olunmuşdum. Lidiya Ruslanova, Müslüm Maqomayev, Klavdiya İvanovna Şuljenko kimi. Hamısı çox təvazökar yaşayırdı və Müslüm həmişə deyirdi: “60 yaşında get”. Soruşurdum ki, niyə 61-də olmasın? Və cavab verirdi ki: “And içirəm ki, 60-dan sonra dəhşət başlayacaq, səni aşağılayacaq və siləcəklər”. Mən buna inandım və zərrə qədər də peşman deyiləm. Anlayıram ki, səhnədən, siyasi arenadan vaxtında, tam vaxtında getməlisən, əks halda sonradan sənə qarşı çıxacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
axar.az

8Mənbələr