EN

Müxalifət hakimiyyətə gəlsə, hamımızı güllələyəcək - Vitse-spiker

Ermənistanda 2026-ci ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, gərginlik artır. Müxalifət xalqı radikallaşdırmağa, iqtidar isə gərginlikləri minimallaşdırmağa çalışır.

Modern.az xəbər verir ki, parlamentin hakim “Mülki Müqavilə” partiyasından olan vitse-spikeri Ruben Rubinyan hazırda müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələrini vaxtilə saxtakarlıqla iqtidara gəlməkdə suçlayıb.

“Əgər siz o zaman seçkinin nəticələrini saxtalaşdırmaqla hakimiyyəti ələ keçirmişdinizsə, indi faktiki olaraq onu zor gücünə zəbt etməyə hazırlaşırsınız”, - deyə Ruben Rubinyan parlamentin sentyabrın 11-də keçirlən iclasında söyləyib.

O, keşişlərin də müxalifətə qoşulduğunu vurğulayıb.

"Əgər siz hakimiyyətə gəlsəniz, nəinki seçkiləri saxtalaşdıracaqsınız, həm də sizinlə razılaşmayanların hamısını güllələməklə seçki institutunu belə məhv edəcəksiniz. Sizin mahiyyətiniz budur. Sizin demokratiya ilə heç bir ortaqlığınız yoxdur", - Rubinyan bildirib.

O, müxalifətə mülayim olmağı tövsiyə edib.

Chosen
19
2
modern.az

3Sources