EN

Çoxarvadlı İvan Suxova qarşı qızına təzyiq ittihamı ilə cinayət işi açılıb

Ajans.az xəbər verir ki,bu barədə qurumun rəsmi Telegram kanalında məlumat verilib. Açıqlamaya əsasən, Suxova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsi (ədəbsiz hərəkətlər) üzrə iş açılıb. Bu maddə üç ilədək azadlığın məhdudlaşdırılması cəzasını nəzərdə tutur. İttihamlar bu ilin yayında "Birinci Kanal"da yayımlanan “Qoy danışsınlar” verilişindən sonra irəli sürülüb. Proqramda Suxovun 19 yaşlı qızı Anna atası tərəfindən 14 yaşından bəri təzyiqlərə məruz qaldığını iddia edib. Həmin dövrdə heç bir rəsmi şikayət verilməsə də, yayımlanan açıqlamalar əsasında İstintaq Komitəsi məsələni araşdırmağa başlayıb. Verilişdə həmçinin Suxovun kiçik yaşlı uşaqlarının məktəbə getmədiyi, arvadlarının isə yalnız onun icazəsi ilə evdən çıxa bildiyi bildirilmişdi. Televiziya verilişindən sonra İvan Suxov öz şərəf və ləyaqətinin müdafiəsi üçün "Birinci Kanal"a və Dövlət Dumasının deputatı Stanislav Naumova qarşı Moskvanın Tverskoy Rayon Məhkəməsində iddia qaldırıb. İddiada qeyd olunur ki, Naumov verilişdə Suxovu “seksual manyak”, “14 uşağı girov saxlayan” və “qadınları zorlayan” şəxs kimi təqdim edib, həmçinin onu dövlət vəsaitlərini mənimsəməkdə ittiham edib. RBC-nin əldə etdiyi iddia sənədlərində bildirilir ki, bu kimi bəyanatlar ictimai rəyə mənfi təsir göstərib və Suxovun işgüzar nüfuzuna xələl gətirib. O, Naumov və telekanaldan ümumilikdə 1 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsini, habelə 12 min rubl məhkəmə rüsumunun qarşılanmasını tələb edir. Bundan əlavə, Suxov Moskvanın Ostankino Rayon Məhkəməsinə ayrıca müraciət edərək, “Qoy danışsınlar” verilişində onun görüntülərindən istifadə edilməsinə etiraz edib. O, televiziya şirkətinə iyunun 7-də yazılı qadağa göndərdiyini, lakin görüntülərinin iyunun 9, 10, 16 və 17-də yayımlandığını bildirib və bu halın Rusiya Federasiyasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə zidd olduğunu iddia edib. Bu hissədə o, proqramdan görüntülərin silinməsi və əlavə olaraq 100 min rubl mənəvi təzminat tələb edir. İvan Suxov 2024-cü ilin sonunda jurnalist Saşa Sulimə verdiyi müsahibə ilə geniş tanınıb. Müsahibədə o, Moskvanın 70 kvadratmetrlik mənzilində üç arvadı və 14 uşaqla birgə yaşadığını, 16 yaşında ilk dəfə ata olduğunu və ən azı 50 uşağa sahib olmağı qarşısına məqsəd qoyduğunu açıqlamışdı. Bu ilin yanvar ayında Suxovlar ailəsində 30-cu uşaq dünyaya gəlib. Начало формы Конец формы

 

Chosen
30
Ajans.az

1Sources