EN

Adəm Məmmədov keçmiş müvəkkili Fidan Abbasovadan 50 MİN manat TƏZMİNAT tələb edir..


Bakı Apellyasiya Məhkəməsi Fidan Abbasovanın açıqlamalarını ekspertizaya göndərdi...

 

NUH.az-a  daxil  olan  məlumata  görə , iki gün öncə  Bakı Apellyasiya  Məhkəməsi  bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən və hazırda azadlıqda olan  vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Abbasovaya qarşı apellyasiya  şikayətinə baxıb.

Qısa  məlumat üçün qeyd edək ki, Fidan Abbasova SOCAR-ın sabiq vitse-prezidenti  Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə birgə uzun müddət  yaşayıblar və onların Nil adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək Orxan İsmayılzadənin DNT testindən keçməsini tələb edir. Və  2017-ci ildə  Sabunçu  Rayon Məhkəməsində  keçirilən məhkəmə prosesində  Adəm Məmmədov Fidan Abbasovanın vəkili  olub.

Amma Fidan Abbasova öz vəkilindən narazı qalıb  və bunu müxtəlif saytlara açıqlmasında qeyd edib.

Nəticədə Adəm Məmmədov Fidan Abbasovanın onun barəsində mətbuata  verdiyi  açıqlamalara görə, məhkəməyə müraciət edib və qarşı tərəfdən   50 min manat təzminat tələb edir.

Lakin  birinci instansiya məhkəməsi Adəm  Məmmədovun apellyasiya şikayətində yazılanları əsaslı saymayıb və onun şikayətini rədd edib.

Hökmdən  narazı qalan Adəm Məmmədov  Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Və iki gün öncə Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovun şikayətinə baxaraq, Fidan Abbasovanın onun barəsində mətbuata  verdiyi  açıqlamaları ekspertizaya göndərib.

Qeyd edk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  sədri  Rafael Eyvazovdur.


Chosen
27
nuh.az

1Sources