
Bakı Apellyasiya Məhkəməsi Fidan Abbasovanın açıqlamalarını ekspertizaya göndərdi...
NUH.az-a daxil olan məlumata görə , iki gün öncə Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən və hazırda azadlıqda olan vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Abbasovaya qarşı apellyasiya şikayətinə baxıb.
Qısa məlumat üçün qeyd edək ki, Fidan Abbasova SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə birgə uzun müddət yaşayıblar və onların Nil adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək Orxan İsmayılzadənin DNT testindən keçməsini tələb edir. Və 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Adəm Məmmədov Fidan Abbasovanın vəkili olub.
Amma Fidan Abbasova öz vəkilindən narazı qalıb və bunu müxtəlif saytlara açıqlmasında qeyd edib.
Nəticədə Adəm Məmmədov Fidan Abbasovanın onun barəsində mətbuata verdiyi açıqlamalara görə, məhkəməyə müraciət edib və qarşı tərəfdən 50 min manat təzminat tələb edir.
Lakin birinci instansiya məhkəməsi Adəm Məmmədovun apellyasiya şikayətində yazılanları əsaslı saymayıb və onun şikayətini rədd edib.
Hökmdən narazı qalan Adəm Məmmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Və iki gün öncə Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovun şikayətinə baxaraq, Fidan Abbasovanın onun barəsində mətbuata verdiyi açıqlamaları ekspertizaya göndərib.
Qeyd edk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovdur.