EN

Finlandiya prezidenti Ukraynaya səfər etdi

Finlandiya prezidenti Aleksandr Stubb Ukraynaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak "Telegram"da bidirib.

O, Stubbun Ukrayna xarici işlər naziri Andriy Sibiqa ilə görüşdüyünü yazıb.

Qeyd olunur ki, Stubbun Zelenski ilə görüşü cümə axşamına planlaşdırılıb. Onlar təhlükəsizlik layihələri, Avropaya inteqrasiya və infrastruktur investisiyalarını müzakirə edəcəklər.

Bundan əlavə, Yermakın sözlərinə görə, tərəflər Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

Chosen
42
publika.az

1Sources