EN

Fernando Batista Venesuela millisindən qovuldu

Futbol üzrə Venesuela milli komandasının baş məşqçisi Fernando Batista tutduğu vəzifədən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qərarın komandanın nəticələrinin qənaətbəxş olmmaması səbəbindən verildiyi bildirilib. Komanda DÇ-2026-nın seçmə mərhələsində 18 xalla 8-ci yeri tutub və növbəti dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Bu üzdən də rəhbərlik baş məşqçi dəyişikliyinə qərar verib. Millinin yeni baş məşqçisinin kim olacağı hələ müəyyənləşməyib.

Xatırladaq ki, Fernando Batista 2023-cü ilin martından bu komandanı çalışdırırdı. Venesuela millisi 55 yaşlı argentinalı mütəxəssisin rəhbərliyi altında 28 oyun keçirib, bunlardan 9-da qələbə qazanıb. 8 dəfə heç-heçə oynayan komanda qalan görüşlərdə məğlub olub.

Batista daha öncə Venesuelanın U-23, Argentinanın U-20 və U-23, Ermənistanın U-18 və U-19 yığmalarına da rəhbərlik edib.

error: Məzmun qorunur!
Chosen
23
arena.az

1Sources