AZ

Patrik Kluyvert İndoneziya millisindən ayrıldı

Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İndoneziya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. İstefaya komandanın dünya çempionatına vəsiqə qazana bilməməsi səbəb olub.

İndoneziya yıması son olaraq DÇ-2026-nın seçmə mərhələsində İraqla qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İndoneziya millisi mundiala vəsiqə qazanmaq şansını itirib.

Xatırladaq ki, Patrik Kluyvert İndoneziya yığmasına 2025-ci ilin fevralından rəhbərlik edirdi. O, bu komandanı 8 oyuna çıxarıb, 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görüb.

Xatırladaq ki, Kluyvert futbolçu karyerası ərzində isə “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, “Valensiya”, PSV və “Lill”də çıxış edib.

Kluyvert məşqçiliyə 2008-ci ildə Niderlandın “Alkmar” klubunda başlayıb. O, “Brisban Roar”, “NEC Neymegen”, “Ayaks” klublarında, Niderland yığmasında da köməkçi məşqçi kimi çalışıb. Baş məşqçi kimi ilk işi “Tvente”nin gənclərdən ibarət komandasına təsadüf etmiş Kluyvert sonralar Kurasao yığmasına rəhbərlik edib. O, Türkiyənin “Adana Dəmirspor” klubunda da çalışıb. Amma 49 yaşlı mütəxəssis hələ ki, məşqçilikdə futbolçu karyerası qədər uğurlu ola bilmir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
173
1
arena.az

10Mənbələr