EN

Sağ zolağa sığmayan sürücü sol zolağa çıxıb təhlükə yaratdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də, paytaxtın Bibiheybət yolunda qeydə alınıb. Belə ki, 77-ML-751 qeydiyyat nişanlı "Ravon" markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqəsindən çıxan zaman sağ zolaqla hərəkət etmək əvəzinə, birbaşa olaraq sol zolağa keçib. Asta sürətlə hərəkət edən sürücü arxadan gələn avtomobilə təhlükə yaradıb.

Qanunvericilikdə qeyd olunub ki, sağa dönən sürücü, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
avtosfer.az

1Sources