EN

İrakli Kobaxidze: Almaniya səfirinin ölkədən qovulması onun üçün hədiyyə olar

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Almaniyanın ölkəmizdəki səfiri Peter Fişer o qədər faciəli insandır ki, qovulmaq onun üçün hədiyyə olardı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində söyləyib.

Hökumət başçısının sözlərinə görə, Fişer faciəvi vəziyyətdədir.

“Fişeri qorumaq da faciəvi bir hərəkətdir. Bu barədə xüsusi şərh vermək istəmirəm. O, o qədər faciəvi insandır ki, ölkədən qovulmaq onun üçün hədiyyə olardı”, - deyə Baş nazir bildirib.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
43
2
azertag.az

3Sources