EN

“OpenAI” “Oracle”la 300 milyard dollarlıq müqavilə imzaladı


ChatGPT-nin tərtibatçısı “OpenAI” şirkəti süni intellektin (AI) inkişafı üçün “Oracle” korporasiyası ilə beş il müddətinə 300 milyard dollarlıq müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilənin məbləği “OpenAI”nin cari gəlirini xeyli üstələyir və bulud hesablamaları sahəsində indiyə qədər edilən ən böyük sövdələşmələrdən biridir.
Qəzetin yazdığı kimi, belə bir məlumat mərkəzi üçün 4,5 giqavat gücü tələb olunur ki, bu da təxminən 4 milyon evin enerji istehlakına bərabərdir.
Chosen
19
yeniavaz.com

1Sources