EN

Putin mənim üçün kumir idi, indi o, başqa adamdır Alla Puqaçova

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məşhur müğənni Alla Puqaçova jurnalist Katerina Qordeyevaya videomüsahibə verib, 2022-ci ildə Rusiyanı tərk etməsindən, indiki hakimiyyətə münasibətindən danışıb.Modern.az xəbər verir ki, Alla Puqaçova Rusiyanı tərk etməsinə toxunaraq, ölkənin ona “xəyanət etdiyini” bildirib."Mən necə vətən xainiyəm? Deyirlər ki, dabanıma tüpürüb qaçmışam. Sanki uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirib. İşləməyimin, oxumağımın heç bir əhəmiyyəti yoxmuş. Adamın ixtiyarı var ki, təhqir olmasın. Çoxdan dedim ki, ölkəni tərk edə bilərəm o halda ki, Rusiya mənə xəyanət etsin, etdi də… Amma milyonlarla fanat mənə xəyanət etmədi ...

Uzun müddət düşündüm - Putin axmaq adam deyil. Mən onu tanıyıram. Mən ona səs verdim və çox sevindim: Birincisi, o, heyrətamiz dərəcədə düzgün sözlər söyləmişdi. Hətta Ukrayna haqqında. Düşündüyüm hər şeyi demişdi. O, sadəcə bir kumir idi. Təbii ki, indi mənim üçün şokdur.

Dima ilə (Dmitri Medvedev. – red.) dost idim. Dimanı bəyəndim, amma bu gün o, başqa adamdır, onu tanımıram, necə ki, Vladimir Vladimiroviçdən (Putindən) bunu gözləmirdim. Onlar sadəcə başqa cür insanlar olublar”, - deyə Primadonna qeyd edib.

"Müharibənin məqsədləri mənim üçün vacibdir:  Vətənimi müdafiəsinə hamıdan qabaq mən qaçacağam, hətta qoltuqağacında belə. Amma nə baş verdiyini başa düşəndə ​​bu, həm də dəhşətlidir. Həm bizim, həm də başqa ölkədən insanlar öləndə dözülməz olur", - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
4
modern.az

5Sources