"Nə vaxtsa hansısa problemi inkar etmişəm ki? Xeyr, əksinə biz problemlərin həllinə çalışmalıyıq".
News24.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə açıqlama verib.
Nazir bildirib ki, təhsil sistemində mövcud olan problemləri inkar etmək yox, onları həll etmək vacibdir:
“Nə vaxtsa hansısa problemi inkar etmişəm ki? Əksinə, biz həmin problemi həll etməliyik”.
O, həmçinin müəllimlərin hazırlıq səviyyəsinin artırılması, məktəblərdə tədris keyfiyyətinin yüksəldilməsi və şagirdlərin müasir biliklərlə təmin olunmasının prioritet olduğunu vurğulayıb.
Nazir bu istiqamətdə görüləcək tədbirlərin davamlı olacağını, problemlərin müzakirə və həll yolunun sistemli şəkildə aparılacağını bildirib.
Aqil Qarayev