Rusiyalı müğənni Alla Puqaçova jurnalist Katerina Qordeyevaya verdiyi uzun müsahibədə 2022-ci ildə Rusiyanı tərk etməsindən danışıb.
Musavat.com xəbər verir ki, o, prezident Vladimir Putin və Dmitri Medvedevlə bağlı xatirələrini bölüşüb, həmçinin Ukraynadakı müharibəyə münasibət bildirib.
Puqaçova etiraf edib ki, bir vaxtlar Putini dəstəkləyib və onun çıxışlarına heyranlıqla səs verib:
“O, heyrətamiz dərəcədə düzgün sözlər söylədi. Hətta Ukrayna haqqında. Düşündüyüm hər şeyi dedi. O, sadəcə bir kumir idi. Təbii ki, indi bu mənim üçün şokdur”.
Müğənni Dmitri Medvedev haqqında isə deyib ki, əvvəllər onunla dost olub, amma indi onu tamamilə fərqli bir insan kimi qəbul edir:
“Bu gün o, başqa adamdır, mən onu tanımıram. Necə ki, Vladimir Vladimiroviçdən də bunu gözləmirdim”.
Ukraynadakı müharibədən danışan Puqaçova vurğulayıb ki, vətənini müdafiə etməyə hər zaman hazır olsa da, baş verənlər onun üçün qəbuledilməzdir:
“İnsanlar öləndə – həm bizim, həm də başqa ölkələrin insanları – dözülməzdir”.
O, həmçinin SSRİ və Rusiyadakı istənilən hökuməti tənqid edərək, bunun qürurla xarakterizə olunmasının günah olduğunu bildirib.
Musavat.com