“Zirə” yeni futbolçuyla anlaşıb.
Operativ Media xəbər verir ki, qəsəbə təmsilçisi Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı sol cinah müdafiəçiylə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.