EN

Fransada etiraz aksiyası: Çox sayda saxlanılan var

Fransada dünən keçirilən Prezident Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastien Lekornu yeni Baş nazir təyin edilib.

Bunun ardınca ölkə Makronun siyasətlərinə qarşı genişmiqyaslı etirazlara səhnə olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 fərqli nöqtədə keçirilən aksiyalara təxminən 200 min insan qatılıb. “Gəlin hər şeyi dayandıraq” şüarı ilə keçirilən etirazlarda 211-i Parisdə olmaqla ümumilikdə 540 nəfər saxlanılıb.

Etirazlar Paris başda olmaqla Lyon və Renn şəhərlərində də zorakılıqla müşayiət olunub.

Aksiyaçılar polisə müxtəlif əşyalar atıb, yandırdıqları zibil qutuları ilə yolları bağlayıblar.Polis isə nümayişçilərə qarşı bibər qazı və təzyiqlər su ilə müdaxilə edib.

Chosen
6
cebheinfo.az

1Sources