EN

Bakı metrosunda yeni tədris mövsümündə qatarlararası intervallar azaldılacaq

Bakı metropolitenində yeni tədris dövründə tətbiq ediləcək minimal intervallar hərəkətin təşkili baxımından mümkün texniki imkanların ən optimal həddi olacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Məlumata əsasən, bununla bağlı bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir:

"Qeyd edilənlərlə yanaşı qeyri-pik saatlarda ehtiyat qatarların xətlərə buraxılması, digər texniki mühəndis qurğuların işində və stansiyalarda müvafiq tənzimləmələr həyata keçiriləcək. Yeni tədris mövsümündə payız-qış qrafiki tətbiq ediləcək və bununla da pik saatlarda qatarlararası intervallar azaldılacaq. Yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Chosen
5
11
demokrat.az

10Sources