EN

Bakıda 67 yaşlı rəhbər işdən çıxarıldı, yerinə 31 yaşlı qadın təyin olundu - FOTO

Bakı şəhərinin Xəzər rayonu 234 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva vəzifəsindən azad olunub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Digər əmrlə, həmin vəzifəyə Aygün Əliyeva təyinat alıb və həmçinin məktəbə rəhbərlik də ona həvalə olunub. 1994-cü il təvəllüdlü A.Əliyeva ingilis dili müəllimidir.

Xatırladaq ki, 234 saylı tam orta məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova bu ilin may ayında vəzifəsindən çıxıb və Pirallahı Rayon İcra Hakimiyyəti başçısına müavin təyin olunub. Ondan sora məktəbə rəhbərlik 1958-ci il təvəllüdlü İ.Atakişiyevaya həvalə olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
53
2
milli.az

3Sources