“Zirə” yeni futbolçu ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, klub Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşonyş” klublarında çıxış edib.