Sammitdə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının rəhbər şəxslərinin İsrail tərəfindən Qətərdə hədəfə alınmaları ilə əlaqədar müzakirələr aparılacaq.
![]() |
HƏMAS atəşkəs danışıqlarına qayıtmağa hazırdır |
Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.
Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağındaatəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır".
Firudin Həmidli
AzVision.az