EN

Paşinyanın 17 milyonluq gizli malikanəsiÜZƏ ÇIXDI

Ermənistanın baş naziri Nikol Paşinyanın Kanadada gizli şəkildə malikanə aldığı iddia olunur.

Redaktor.az xəbər verir ki, məlumatı Kanadanın "Times of Canada" nəşri yayıb.

Nəşrin məlumatına görə, Toronto şəhərindən təxminən 35 dəqiqəlik məsafədə yerləşən, “Sent-Corc” adlanan bu villa fransız qalası üslubunda tikilib. 2024-cü ilin sonunda 17,1 milyon dollara satıldığı bildirilən imarətin əsl alıcısının isə “saxta şirkət” vasitəsilə Paşinyan olduğu iddia edilir.

Villanın sahəsi 2600 kvadratmetrdir. Malikanədə 6 yataq otağı, 10 hamam otağı, qapalı hovuz, idman zalı və 5 qaraj var. Bundan əlavə, bina məşhur “The Boys” serialının çəkiliş məkanı kimi də istifadə olunub.

Alqı-satqı prosesində vasitəçi kimi Kanadada tanınmış erməni əsilli aktrisa və hüquq müdafiəçisi Arsinə Xandcyanın adı keçir. O, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilab”ın fəal dəstəkçilərindən olub və sonradan Ermənistan vətəndaşlığı alıb. İddiaya görə, Xandcyan bu əmlakın alınması üçün hüquqi şirkətlər qurub və alqı-satqı sənədlərini Paşinyanın adının üzə çıxmaması üçün koordinasiya edib.

Chosen
12
2
redaktor.az

3Sources