EN

İsrailin növbəti HƏDƏFİ Bu dəfə hansı ölkəni VURACAQLAR?

Bizim media saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İsrail Qətərin paytaxtı Dohanın mərkəzinə zərbələr endirib.Məlumata görə, İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib.İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA-İsrailin daxili təhlükəsizlik agentliyi) hadisə ilə bağlı yaydığı birgə bəyanatda göstərilir ki, HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib."Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Dohaya endirilən zərbə nəticəsində HƏMAS lideri Xəlil əl-Hayya öldürülüb. Qeyd edək ki, 2023-cü ilin oktyabrından başlanan hərbi əməliyyatlar fonunda İsrail Qəzza bölgəsində HƏMAS-la yanaşı, Livanda “Hizbullah”ın mövqelərini xeyli dərəcədə zəiflətməyə nail olub. Bundan başqa, bu ilin iyulunda İranla İsrail arasında 12 günlük hərbi toqquşmalar baş verdi. İndi isə İsrail Qətərə zərbələr endirir. Hansı ki, bu ölkə İsraillə HƏMAS liderləri arasında danışıqlardan əsas vasitəçilərdən biri idi.Belə görünür ki, İsrail planlarını reallaşdırmağa mane olan heç bir ölkəyə zərbə endirməkdən çəkinmir.Bəs, Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin növbəti hədəfi görəsən hansı ölkə olacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, bu gedişlə İsrail artıq yeni hədəflər seçə bilməyəcək:“İsrail hökumətinin hazırki siyasəti yalnız İsraildəki radikal sionist qruplar və ABŞ-da qərar tutmuş xristian sionistləri tərəfindən dəstəklənir. İsrailin iştahı böyükdür. Onlar böyük İsrail arzusundadırlar. Onların böyük İsrail Nil çayı ilə Fərat çayı arasındakı ərazilərdən ibarətdir. Ancaq bu layihə də ermənilərin uydurma layihəsi kimi reallaşmayacaq. Görünən də odur ki, Netanyahu hökuməti artıq həmin planın reallaşmasına başlayıb. İsrailin yeritdiyi və dünyaya meydan oxuyan təhlükəli siyasəti üzündən artıq bu ölkənin özü hədəfə çevrilir”.Həmsöhbətimiz düşünür ki, İsrail xalqı Netanyahu hökumətini istefaya göndərməsə,  bu ölkəni çox ağır aqibət gözləyir:“Netanyahu özü artıq tələdədir. Hökumətindəki iki-üç radikal partiyanın girovuna çevrilib. O, bu siyasətilə Donald Trampı da tələyə salır. Belədə, tədricən İsrailin müttəfiqləri də ondan üz döndərir. Avropanın aparıcı ölkələri İsrailin Qəzzada yürütdüyü qırğın siyasətinə qarşı çıxırlar. Bütün bunlar qarşıda İsrailin çox çətin günlərin gözlədiyini deməyə əsas verir”.Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
bizim.media

2Sources