EN

Alimlər Marsda qədim həyat əlamətləri tapıblar

Keçən il NASA-nın Mars aparatı qara və ağ ləkələri olan bir qaya kəşf edib.

İndi alimlər tapıntını təhlil edərək deyirlər ki, bu, Qırmızı planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair indiyədək ən güclü sübutlardan biridir.

Keçən yay “Perseverance” roveri milyardlarla il əvvəl suyun mövcud olduğu Marsın şimalındakı quru çay yatağında qeyri-adi kəşf etdi. Orada, tədqiqatçıların fikrincə, qədim mikroskopik həyatın izlərini ehtiva edən xarakterik ləkələri olan qayalar tapıldı.

“Nature” jurnalında dərc olunan məqalədə alimlər qeyd edirlər ki, tapıntı Marsda həyatın mümkün mövcudluğunun ən inandırıcı sübutlarından biridir. Stouni Bruk Universitetinin (Nyu-York) mütəxəssisləri tərəfindən tədqiq edilən qayada kimyəvi reaksiyalar nəticəsində əmələ gəldiyi güman edilən iki mineral var. Yer üzündə bu cür proseslər çox vaxt mikroorqanizmlərin fəaliyyəti ilə əlaqələndirilir.

NASA-nın inzibatçısı Şon Daffi deyib: “Donald Trampın prezidentliyi dövründə ilk dəfə buraxılan “Perseverance” roverinin bu kəşfi Marsda həyatın təsdiqlənməsinə dair indiyədək etdiyimiz ən yaxın kəşfdir”.

“Sapphire Canyon” adlı nümunə Neretva vadisinin kənarındakı qayalıqlardan “Perseverance” tərəfindən toplanıb. Belə ki, 3 milyard ildən çox əvvəl bir dövrdə gölün mövcud olduğu Jezero kraterinə çay axırdı. 2021-ci ilin fevral ayında rover su ilə əmələ gələn və ya dəyişdirilmiş qayaları axtarmaq üçün bu kraterə enib.

Alimlər vurğulayırlar ki, aşkarlanan reaksiyaların başqa izahları ola bilər. (AZƏRTAC)

Chosen
16
2
xezerxeber.az

3Sources