EN

Floran Maludanın oğlu “Sabah”da – RƏSMİ 

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu Aaron Maluda Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Xatırladaq ki, Aaron məşhur futbolçu Floran Maludanın oğludur.

Chosen
5
6
idmanxeber.az

10Sources