Məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı Con Lennonun qatilinə 14-cü dəfə şərti azadlıq verilməyib.
Kulis.az xəbər verir ki, Con Lennonun qatili Mark Çepmen 14-cü dəfə şərti azadlıq (UDO) üçün müraciət etsə də, bu dəfə də rədd cavabı alıb.
Onun sonuncu müraciəti avqustun 27-də komisiyanın qarşısında müzakirə olunub, növbəti dinləmə 2027-ci ilin fevralında keçiriləcək.
1980-ci ildə Lennonun həyatına son qoyan Çepmen ömürlük həbs cəzasına məhkum edilib və hazırda Nyu-York yaxınlığındakı “Green Haven” həbsxanasında saxlanılır.
Qeyd edə kki, 2022-ci ildə o, törətdiyi cinayətdən peşman olduğunu bildirib.