EN

Hər il ömür uzunluğu 4 ay artır – Futuroloq

Dünyada ömür uzunluğu hər il 4 ay uzanır.

İnterpress.az xəbər verir ki, bu barədə futuroloq Sergey Kuznetsov açıqlama verib.

Kuznetsov bildirib ki, hazırda dünyada insanların ömür uzunluğu ildə təxminən 4 ay artır.

Onun sözlərinə görə, bu temp sürətlənir və 2035-ci ilə qədər hər il tibbin bir əlavə il ömür qazandıracağı gözlənilir.

Ekspert vurğulayıb ki, sağlam həyat tərzi xüsusilə 45 yaşdan yuxarı insanlar üçün zəruridir, 35 yaşdan sonra isə ciddi şəkildə tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources