EN

Niyə soyuq yeməklər diş ağrısına səbəb olur CAVAB

ain.az, Lent az portalına istinadən məlumat verir.

Alimlər soyuq qida və içkilər qəbul edərkən dişlərin niyə ağrıdığını öyrənmək üçün araşdırma aparıblar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırmaçılar qrupu dişlərin soyuğa qarşı ağrı ilə reaksiya verməsinin səbəblərini öyrənməkdə irəliləyiş olduğunu bildirib.

Uzun müddət hesab olunurdu ki, diş minası sinir uclarını etibarlı şəkildə qoruyur. Lakin yeni araşdırma göstərib ki, bu prosesdə əsas rolu odontoblast hüceyrələri oynayır.

Odontoblastlar sərt mina ilə yumşaq diş pulpası arasında yerləşir. Soyuqla təmasda məhz onlar ağrı siqnallarını göndərərək temperatur təsirindən xəbərdar edir. Problemi olan dişləri olan insanlarda bu hüceyrələr xüsusilə çox olur, bu da artmış həssaslığı izah edir.

Alimlər təsdiqləyiblər ki, xalq təbabətində istifadə olunan mixək yağı həqiqətən ağrını azaldır. Bunun səbəbi tərkibindəki evgenoldur o, müvəqqəti olaraq odontoblast hüceyrələrinin aktivliyini bloklayaraq dişlərin həssaslığını azaldır.

Araşdırmaçılar evgenol tərkibli saqqızın yaradılması imkanını nəzərdən keçirirlər. Belə məhsul diş ağrısını müvəqqəti aradan qaldırmağın və soyuğa qarşı həssaslığı azaltmağın sadə və sürətli yolu ola bilər. Bu kəşf, həssas dişləri olan insanlara soyuq qidanı daha rahat qəbul etməyə kömək edəcək yeni gigiyena və profilaktika vasitələrinin hazırlanması üçün perspektivlər açır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
lent.az

2Sources