Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi məlum olub. APA xəbər verir ki, Ermənistanın mediası Baş naziri Mqer Qriqoryanın ofisinə istinadən məlumat yayıb ki, sentyabrın 5-də Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhəd bölgələrində keçirilib.
Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri Syünik (Zəngəzur) bölgəsinin cənub hissəsində və Zəngilan rayonunun cənubunda həyata keçirilib.
Qeyd olunub ki, nümayəndə heyətlərinə sərhədin demarkasiyası üzrə komissiyaların, eləcə də hər iki ölkənin Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.
Bidlirib ki, növbəti görüşün vaxtı, yeri və müzakirə olunacaq məsələlər hələlik dəqiqləşdirilməyib, proses hələ müzakirə mərhələsindədir.
Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.