EN

İğtişaşlara görə bağlanan aeroport açıldı

Yeni tədris ilinin başlamasına bir neçə gün qalmış məktəbli formalarının rənglərinin dəyişdirilməsi ilə bağlı valideynlərin səsləndirdiyi iddialara aydınlıq gətirilib.

Avtosfer.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbli formalarının rənginin dəyişdirilməsi ilə bağlı qərar tədris ilinin sonunda, pedaqoji şuranın qərarı ilə müəyyən edilir və elan olunur.

"Hər il tədris ilinin sonunda pedaqoji şuranın toplantısı keçirilir və müəyyənləşir ki, növbəti ildə məktəbli forması hansı rəngdə olacaq və bu qərar da valideynlərə çatdırılır. Əgər belə bir hal varsa və məktəblər tədris ilinin başlamasına sayılı günlər qaldığı vaxtda məktəbli formasının dəyişdirilməsi ilə bağlı qərar verib, yaxud valideynlərə hansısa xəbərdarlıq edib, bu hal araşdırılmalıdır. Əgər fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək. Belə olan hallarda valideynlər nazirliyə müraciət edə bilərlər", - deyə nazir bildirib.

Chosen
6
avtosfer.az

1Sources