EN

Polşanın xarici işlər naziri iki ölkəyə getməmək üçün vətəndaşlara yalvardı

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “RFM24” radiostansiyasının efirində danışıb. Onun sözlərinə görə, bu ölkələr insanları girov götürür.

"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər. Bizim mübadilə üçün təklif edə biləcəyimiz əsir həmişə olmur. Bir daha xahiş edirəm, yalvarıram ora getməyin. Əgər kimsə gedirsə, o zaman risk edərək gedir", - Sikorski bildirib.

XİN naziri hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb. Xarici İşlər Nazirliyinin rəhbəri Belarusda Polşa vətəndaşı Qrzeqorz Havelin casusluqda şübhəli bilinərək saxlanılması ilə bağlı vəziyyəti belə şərh edib.

Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilərək saxlayıblar. O, Vitebsk vilayətinin Lepel şəhərində nəzarətə götürülüb. Yanında “Qərb-2025” Rusiya-Belarus təlimləri ilə bağlı məxfi sənədin fotosurəti olub.

QAZİLER.AZ

Chosen
10
qaziler.az

1Sources