EN

Naxçıvanda istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da davam etdirilir. 

İndiyədək muxtar respublikada  layihə çərçivəsində istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-avqust aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 26 faiz artaraq 1,1 milyon manatdan çox olub.

Qeyd edək ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar-avqust aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 317 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çoxdur.

Səbuhi HƏSƏNOV

Chosen
17
2
xalqqazeti.az

6Sources